Modern.az

Qırğızlar yenə atışır

Qırğızlar yenə atışır

14 May 2010, 13:18

Qırğızıstanda nisbi satitlik pozulub. Modern.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, devrilmiş prezident Kurmanbek Bakiyevin tərəfdarları son iki gündə xeyli fəallaşıdlar. Onlar ölkənin cənubunu ələ keçiriblər. Bu gün səhər Cəlal-Abadda müvəqqəti hökuməti dəstəkləyən “Ata Məkan” partiyasının üzvləri və  devrilmiş prezidenti tərəfdarları arasında toqquşma baş verib. Qarşı duran tərəflər bir-birinə odlu silahdan atəş açıblar. Nəticədə 28 nəfər xəsarət alıb. Hazırda şəhərin mərkəzində hər iki tərəfdən bir neçə min adam toplaşıb. Onlar arasında toqquşmalar baş verir, atəş səsləri eşidilir. Cəlal-Abad sakinləri bəyan ediblər ki, Kurmanbek Bakiyev onların qanuni prezidentidir.  Bakiyev tərəfdarları  Cəlal-Abaddan əlavə Batken və Oş inzibati vilayətlərini də ələ keçiriblər. Modern.az-ın ən son məlumatına görə, yaxın vaxtlarda müvəqqəti hökumət təcili iclas keçirəcək

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır