Modern.az

Konstitusiya Məhkəməsi prezidentlə bağlı qərar verdi 

Konstitusiya Məhkəməsi prezidentlə bağlı qərar verdi 

Aktual

16 Dekabr 2024, 16:44

Cənubi Koreyanın Konstitusiya Məhkəməsi bu ölkənin prezidenti Yun Seok Yeolun işinin istintaqını nə vaxt aparacağına qərar verib.

Modern.az xəbər verir ki, "Yonhap" agentliyinin məlumatına görə, ilk məhkəmə iclası dekabrın 27-də olacaq.

Konstitusiya Məhkəməsi ya parlament tərəfindən prezidentin vəzifədən azad edilməsini təsdiq edəcək, ya da onu prezident vəzifəsinə bərpa edəcək.

Koreya Respublikasının parlamenti dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq edən, bir neçə saat sonra isə bu vəziyyəti ləğv edən prezident Yun Seok Yeola impiçment elan edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır