Modern.az

Türkiyə referenduma gedir

Türkiyə referenduma gedir

14 May 2010, 13:45

Türkiyənin Yüksək Seçki Kurulu (MSK) ölkə Konstitusiyasında dəyişikliklərlə bağlı ümumxalq referendumunun vaxtını açıqlayıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, referendum sentyabrın 12-də keçiriləcək.  Dəyişikliklər paketi Türkiyə Böyük Millət Məclisinin mayın 7-də keçirilmiş iclasında qəbul olunub. İslahatlar paketi isə “Rəsmi qəzet”də dərc olunub. Qanuna görə, referendum paketin rəsmi qəzetdə dərcindən 60 gün sonra keçirilməlidir. Lakin Yüksək Seçki Kurulu referendumun sentyabrın 12-də keçirilməsinə qərar verib.

Beləliklə də səsvermə 60 gündən sonra yox, 120 gündən sonraya təyin olunub. Qeyd edək ki, ana müxalifət Cümhuriyyət Xalq Partiyası səsvermənin 120 gündən sonra keçirilməsində israr edib. YSK-nın belə bir qərar qəbul etməsi AKP üçün xeyli gözlənilməz olub. AKP YSK-nın qərarını siyasi qərar adlandırıb.  Hüquqçülar isə hesab edir ki, YSK –nın qərarı qanun pozuntusudur. Çünki səsvermə indiki Konstitusiyasının tələbinə  uyğun olaraq məhz 60 gün ərzində keçirilməlidir.

 

Digər bir məqam isə referendumun 1980-ci il 12 sentyabr hərbi çevrilişinin ildönümü günü keçirilməsidir.  Siyasilər hesab edir ki, bu tam təsadüfi haldır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir