Modern.az

Məleykə Abbaszadə: “Jurnalistlər magistraturaya qəbulda esse yaza bilmirlər...”

Məleykə Abbaszadə: “Jurnalistlər magistraturaya qəbulda  esse yaza bilmirlər...”

14 May 2010, 13:54

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Jurnalistika fakultəsinə qəbul olunmaq istəyən abituriyentlərdən qabiliyyət imtahanının götürülməsi barədə deyilənlərə münasibət bildirib.

Modern.az-ın məlumatına görə, M.Abbaszadə qeyd edib ki, bu hələ ki nəzərdə tutulmur: “Jurnalistlər magistraturaya qəbulda  esse yaza bilmirlər. Orta məktəbi yeni bitirənlər necə yazsınlar? Əgər abituriyentlərdən Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı götürülərsə, o zaman onlar pul verib istədikləri qədər məqalələr çap etdirib, imtahandan keçəcəklər. Buna görə də mexanizm fərqli olmalıdır. İndi informasiya – komunikasiya xidmətləri də genişlənib. Məsələn, abituriyent 17 yaşına qədər öz bloqunu yaradıbsa, məqalələr çap etdiribsə, ictimaiyyətdə tanınıbsa, bu zaman nəzərə almaq olar. Ancaq biz bununla bağlı hər hansı bir layihə hazırlamamşıq”.

  

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi