Modern.az

Rza Zərrabdan hökumət əleyhinə ifadə verməsi istənilib

Rza Zərrabdan hökumət əleyhinə ifadə verməsi istənilib

7 Yanvar 2014, 13:48

Türkiyə hökumətini hədəfə alan 17 dekabr əməliyyatı ilə bağlı maraqlı bir məqam ortaya çıxıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, əməliyyat zamanı həbs olunan iş adamı Rza Zərrabı saxlanıldığı Metlis həbsxanasında 2 gün üst-üstə ziyarət edən vəkili Xəlil İbrahim Ərin, “İşi hökumətin üstünə yıx. Səni sərbəst buraxdırıb evinə göndərək”, - deyə təklifi olduğu iddia edilir. Məlumatda qeyd edilir ki, vəkil müvəkkili ilə yanvarın 5 və 6-da görüşüb. Onun bazar günü və bazar ertəsi həbsxanaya girib-çıxdığı kameralarda da təsbit edilir.

Zərrabla görüşən Ərin, “Əlavə ifadə ver. Səni prokurora aparacağam. Əlavə ifadə vermədən əvvəl masada imzalanmış azad etmə kağızını görəcəksən. Əlavə ifadəndə “Bu işi hökumətin məlumatı və təlimatı istiqamətində etdim” deyə ifadən bitincə evinə gedəcəksən” dediyi iddia edilir. Səlahiyyətlilərin də təsdiq etdiyi bu təklifə Rza Zərrabın nə cavab verdiyi isə bilinmir. Ərin dekabrın 17-də Zərrabın əməliyyatla əlaqədar vəkilliyini boynuna götürmədiyi, ancaq digər mövzularda vəkilliyini davam etdirdiyi açıqlanıb.
Bundan əlavə, 17 dekabr əməliyyatı zamanı nəzarətə alınan şübhəlilərə, polisdəki ifadələri əsnasında, "Abadlıq dəyişikliklərini baş nazirin təlimatı istiqamətində etdik deyin. Sizi buraxaq”, - deyə təklif də edildiyi ortaya çıxmışdı.  

Modern. az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır