Modern.az

ABŞ-da erməni edam olunacaq

 ABŞ-da erməni edam olunacaq

Təhsil

14 May 2010, 15:45

Amerikanın Los-Anceles ştatında qətliam törətmiş erməni Nerses Qalstyan zəhərli iynə ilə edam olunacaq. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, aprelin 3-də Los-Ancelesin Nort- Hollivud rayonunda yerləşən Not Spot kafesində 4 erməni qətlə yetirilib. Yerli polis tezliklə onları öldürən şəxsin  erməni olduğunu müəyən edib və qətli törətmiş Qalstyanı həbs edib.    Los-Anceles polis rəisi Çarli Bek ermənilər arasında  məişət zəminində mübahisə yarandığını deyib. Polisin araşdırmasına görə, Nerses Qalstyan həmvətənləri tərəfdən müntəzəm olaraq təhqirə məruz qaldığından qətliama qərar verib.

Bundan əlavə, federal məhkəmə Qalstyanı silah alverində də ittiham edib.    Amerika polisi hesab edir ki, Qalstyan silah alverinə görə 5 il həbs cəzası alacaq. Lakin törətdiyi qətliama görə  onu zəhərli iynə gözləyir.           

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı