Modern.az

Kaliforniya parlamentinə “DQR”in tanınması haqda qanun layihəsi verilib

Kaliforniya parlamentinə “DQR”in tanınması haqda qanun layihəsi verilib

Dünya

8 Yanvar 2014, 14:15

Los-Ancelesdən seçilən demokrat-deputat, ştat parlamentinin təxsisat komitəsinin sədri Mayk Qato ABŞ-ın Kaliforniya ştatının parlamentinə Birləşmiş Ştatların Dağlıq Qarabağın suveren dövlət kimi tanınması ilə bağlı qanun layihəsi təqdim edib.

Modern. az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda Amerikadakı Erməni Şurası məlumat yayıb. Məlumatda qeyd edilir ki, 3 erməni təşkilatı - Amerika Erməni Şurası, Amerikadakı Erməni Milli Komitəsi və Gənc Ermənilər Birliyi artıq qanun layihəsini dəstəklədiklərini bəyan ediblər. Mayk Qato isə deyib ki, qanun layihəsini hazırlayarkən o, erməni icması və tanınmış nümayəndələrlə işləyib. Əgər Kaliforniyanın qanunverici orqanı layihəni qəbul edərsə, onun surəti ABŞ prezidentinə, Senat katibliyinə və ABŞ Konqresinin Nümayəndələr Palatasına göndəriləcək.

 

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir