Modern.az

Suriyada "yolka"ya od vuruldu: xristianlar ayağa qalxdı - VİDEO

Suriyada "yolka"ya od vuruldu: xristianlar ayağa qalxdı - VİDEO

Dünya

24 Dekabr 2024, 21:25

Suriyanın Həma şəhərində xristian icmasının Milad bayramı üçün qurduğu şam ağacı yandırılıb.

Modern.az bu barədə BBC-yə istinadən xəbər verir.

Ağacın yandırılmasından sonra etiraz aksiyaları keçirilib.

Sosial mediada yayımlanan videoda maskalı və silahlı insanların Suriyanın mərkəzində, əsasən xristianların yaşadığı Sukaylabiya şəhərinin əsas meydanında ağaca od vurduğu görünür.

Suriyanı idarə edən “Həyat Təhrir əl-Şam” (HTŞ) təşkilatı yanğını törədənlərin əcnəbi döyüşçülər olduğunu və ağacın tez bir zamanda təmir ediləcəyini bildirib.

Hadisədən sonra ölkə boyu minlərlə insan yeni hakimiyyətdən dini azlıqları müdafiə etməyi tələb edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə