Zambiyada müxalifətçi siyasətçi Frank Bvalya radionun birbaşa efirində ölkənin prezidenti Maykl Satanı kartofla müqayisə etmək ittihamı ilə həbs olunub. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Bvalya “Daha yaxşı Zambiya uğrunda” müxalifət alyansının lideridir. O, verilişdə “chumbu mushololwa” fikrini işlədib. Bi isə bantu dilində şirin kartof deməkdir. Məsləhətlərə qulaq asmayan və dəyişikliklərə hazır olmayan insanları belə adlandırırlar. Frank Bvale təqsiri sübut olunarsa 5 il azadlıqdan məhrum olunacaq.