Modern.az

"Ömrümün axırına kimi onunla fəxr edəcəm"

"Ömrümün axırına kimi onunla fəxr edəcəm"

Aktual

29 Dekabr 2024, 15:54

Aktauda təyyarə qəzasında həlak olan stüardessa Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli bildirib ki, Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqı onları tək qoymayıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında danışıb.

C.Nəsibli qeyd edib ki, Hökümə ilə hər zaman fəxr edib:

"Ömrümün axırına kimi onunla fəxr edəcəm. Mən başda Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına minnətdaram. Bizi tək qoymadılar. Onun iş yoldaşlarına, dostlarına minnətdaram. Hökümə çox böyük iş gördü, onun gördüyü işi heç mən bacarmaram".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?