Modern.az

Azərbaycanda istehsal olunan avtobuslar ƏDV-dən azad edildi

Azərbaycanda istehsal olunan avtobuslar ƏDV-dən azad edildi

İqtisadiyyat

1 Yanvar 2025, 12:08

Bu gündən Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilib.

Modern.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik qüvvəyə minib.

Dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətinə ƏDV-dən azad edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat