Modern.az

Bakıda maşın polis bölməsinin divarına ÇIRPILDI

Bakıda maşın polis bölməsinin divarına ÇIRPILDI

Hadisə

1 Yanvar 2025, 13:32

Yeni Günəşlidə yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb.

İddialara görə, avtomobil "rent a car"dan 18 yaşı tamam olmayan şəxs tərəfindən kirayələnib.

Hadisə şahidlərinin dediklərinə görə, avtomobili əvvəlcə 3-4 maşına vurub, sonda 33-cü polis bölməsinin divarına çırpılıb.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəzanın baş verməsinə ilkin ehtimal sürücünün idarəetməni itirməsidir. Hazırda faktla bağlı araşdırma aparılır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat