Modern.az

Həmyerlisini bıçaqlayan şəxs saxlanıldı

Həmyerlisini bıçaqlayan şəxs saxlanıldı

Hadisə

1 Yanvar 2025, 15:03

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, bu gün günorta saatlarında Şirvan şəhər sakini Q. Salayev aralarında yaranmış mübahisə zəminində həmyerlisi N. Abışova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Q. Salayev polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, xəsarət alan şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib və həkimlərin nəzarətindədir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat