Modern.az

Türkiyənin üç keçmiş nazirinə pis xəbər

Türkiyənin üç keçmiş nazirinə pis xəbər

Dünya

10 Yanvar 2014, 15:25


İstanbul Respublika Baş prokurorluğu tərəfindən icra edilən və şübhəliləri arasında keçmiş nazirlər Müammər Gülər, Ərdoğan Bayraqdar və Zəfər Çağlayanın oğullarının da olduğu böyük rüşvət və sui-istifadə əməliyyatı ilə əlaqədar maraqlı bir iddia ortaya atılıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, iddiaya görə əməliyyatın başladığı dekabrın 17-dən iki gün sonra göndərilən üç köhnə nazir haqqındakı materialların yanvarın 3-də Ankaraya çatıb.

Cümhuriyyət Xalq Partiyasının Antalya millət vəkili Dəniz Baykal keçdiyimiz günlərdə "Üç həftəni keçdi, hələ materiallar gəlmədi. Məclis o materialları gözləyir”, -  demişdi.

Respublika prokuroru Cəlal Quru tərəfindən icra edilən istintaqda keçmiş daxili işlər naziri Müammər Gülər, keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayan və keçmiş Avropa Birliyi naziri Egemen Bağış haqqında material hazırlanmışdı.  Dekabrın 20-də Milli Mühakimə Şəbəkəsi Proyektinin göndərdiyi materiallar daha sonra fiziki olaraq da çatdırılmışdı. 26 qovluq olduğu öyrənilən materialların əhatəsinin olduqca geniş olduğu öyrənilib.

Nazirlər haqqındakı az qala bütün iddia və sənədləri əhatə edən "İddia edilən cinayətlə bağlı sənədlər" ayrı-ayrı qovluqlar halında hazırlanıb. Prokurorluq ayrıca sənədlərə bağlı detallı bir siyahı hazırlayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır