Modern.az

Bakıda idmançılar saxlanıldı - Cinayət işi açıldı

Bakıda idmançılar saxlanıldı - Cinayət işi açıldı

Hadisə

5 Yanvar 2025, 10:53

Yanvarın 4-də saat 3 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

 

Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?