Modern.az

Hindistanda helikopter qəzası - 3 nəfər öldü

Hindistanda helikopter qəzası - 3 nəfər öldü

Dünya

5 Yanvar 2025, 16:35

Hindistanın Sahil Mühafizəsi Xidmətinə məxsus “Dhruv2" helikopteri Qucarat ştatının qərbində təlim missiyası zamanı qəzaya uğrayıb.

 

Modern.az ANI agentliyinə istinadən xəbər verir ki, hadisə Porbandardakı sahil mühafizə xidmətinin zonasında baş verib. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

 

Məlumata görə, hadisə zamanı təyyarədə iki pilot da daxil olmaqla üç nəfər olub. Onların hamısı ölüb.

 

Hindistanın Sahil Mühafizə Xidməti hadisə ilə bağlı araşdırma aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə