Modern.az

Putinlə Şolts və Tramp arasında görüş olmayacaq

Putinlə Şolts və Tramp arasında görüş olmayacaq

Dünya

5 Yanvar 2025, 17:02

Hazırda Rusiya Prezidenti Vladimir Putinlə Almaniya federal kansleri Olaf Şolts və ya ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp arasında görüş planlaşdırılmır.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Almaniya Bundestaqının deputatı Roderix Kizevetterin bəyanatına münasibət bildirərkən deyib.

 

Qeyd edək ki, Kizevetter Şoltsun fevralın 23-dən əvvəl Moskvaya səfər edə biləcəyini və Trampla Putinin görüşünün “mart ayına planlaşdırıldığını” iddia edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı