Modern.az

Roma papasından çağırış

Roma papasından çağırış

Dünya

6 Yanvar 2025, 00:44

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk beynəlxalq ictimaiyyəti münaqişələrdə humanitar qanunlara riayət olunmasını təmin etmək üçün birgə hərəkətə çağırıb.

 

Modern.az xəbər verir ki, pontifik ənənəvi “Angelus” duası zamanı mülki insanlara, məktəblərə, xəstəxanalara və iş yerlərinə hava zərbələri endirilməsinin dərhal dayandırılmasının zəruriliyini bildirib: “Müharibədə haradasa xəstəxanaların və məktəblərin necə dağıdılmasını görmək çox kədərlidir”.

 

Fransisk beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki strukturların və ibadət yerlərinin bütövlüyünə hörmət göstərilməsini xahiş edib.

 

Pontifik, həmçinin insanları gərginlik və zorakılıqdan təsirlənən ölkələr üçün dua etməyə çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə