Modern.az

Naxçıvanda polislərə yeni maşınlar verildi

Naxçıvanda polislərə yeni maşınlar verildi

6 Yanvar 2025, 17:13

Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarına yeni avtomobillər verilib.

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir.

Bu istiqamətdə görülən işlər çərçivəsində müasir texnologiyalarla təchiz edilmiş "Kia Sportage" “Kia Optima” “BMW” markalı avtomobillər ictimai təhlükəsizliyin daha da etibarlı qorunması, gündəlik fəaliyyətdə operativliyin artırılması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə