Modern.az

Bakıda polis 10 min manat tapdı - Sahibi axtarılır

Bakıda polis 10 min manat tapdı - Sahibi axtarılır

Aktual

7 Yanvar 2025, 21:05

Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıblar. 

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım edib.

 

“Xahiş edirik, pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər”, - nazirlik rəsmisi paylaşımında bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir