Modern.az

Azərbaycanda taksilərin orta yaşı 15-dən 7-yə düşüb

Azərbaycanda taksilərin orta yaşı 15-dən 7-yə düşüb

Aktual

8 Yanvar 2025, 12:08

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) apardığı islahatlar nəticəsində taksi minik avtomobillərinin orta yaşı 15-dən 7-yə düşüb.

Modern.az bu barədə agentliyə istinadən xəbər verir.

"İl ərzində elektrik və hibrid taksilərin sayı artıb, vahid rəngin tətbiqi təmin edilib, təhlükəsizlik artıb, ekologiyaya mənfi təsir azalıb, daha rahat və keyfiyyətli xidmət təmin olunub. Yenilənmiş avtomobil parkı paytaxtımızda daha təhlükəsiz, dayanıqlı və rahat mobillik mühiti formalaşdırır", - deyə məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?