Modern.az

İlk xarici səfərini Türkiyəyə edəcək

İlk xarici səfərini Türkiyəyə edəcək

Dünya

8 Yanvar 2025, 12:57

Suriyada hakimiyyətinin yeni lideri Əhməd Şara ilk xarici səfərinə hazırlaşır.

Modern.az-ın məlumatına görə, bu barədə "Yeni Şafak" qəzeti yazıb.

Məlumata görə, Suriya liderinin ilk səfərinin Türkiyəyə olması planlaşdırılır.

Səfərin tezliklə baş tutacağı gözlənilir. Onun Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilir.

Həm bürokratik, həm də simvolik məna daşıyan səfərin ən mühüm gündəmi PKK/YPG terror təşkilatının Suriyada varlığıdır. Həm Türkiyə, həm də Suriya hakimiyyəti bölgəni terrordan təmizləməkdə qəti qərarlıdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR