Modern.az

Daha bir təyyarə Aktauda məcburi eniş etdi

Daha bir təyyarə Aktauda məcburi eniş etdi

Aktual

8 Yanvar 2025, 17:45

“Almatı – Antalya” reysi ilə hərəkət edən “Air Astana” şirkətinə məxsus sərnişin təyyarəsi Aktau şəhərində məcburi eniş edib.

Modern.az “tengrinews”a istinadən xəbərinə görə, hadisəyə səbəb mərkəzi yanacaq çəninin qoruyucu klapanındakı nasazlıq olub.

Sözügedən ehtiyat hissəsinin çatdırılması zaman tələb etdiyindən reysin yerinə yetirilməsi 9 yanvar, yerli vaxtla saat 09:20-yə təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə