Modern.az

Azərbaycanlı zabitin meyiti TAPILDI

Azərbaycanlı zabitin meyiti TAPILDI

Aktual

8 Yanvar 2025, 22:35

Rusiya ordusunda xidmət edən azərbaycanlı zabitin meyiti tapılıb.

 

Modern.az Publika.az-a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Məhəmmədqulu Sabir oğlu Səmədov bu ilin avqust ayında itkin düşüb. Onun haqqında xəbər almaq mümkün olmayıb.

 

1967-ci ilin iyun ayının 21-də Salyan rayonunda anadan olmuş kəşfiyyatçı zabitin meyiti bu gün tapılıb. Onun nəşinin Rostov vilayətindəki morqda olması məlum olub.

 

Qeyd edək ki, həlak olan həmyerlimiz "Sibir Mamed" ləqəbi ilə tanınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat