Modern.az

“Mançester Yunayted”dən Azərbaycan dilində mobil applikasiya

“Mançester Yunayted”dən Azərbaycan dilində mobil applikasiya

13 Yanvar 2014, 12:42

 Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Mançester Yunayted” Futbol Klubu ilə birgə futbol azarkeşlərinə və mobil oyunları sevən bütün abunəçilərə yeni “Futbol fəndləri” (ing. “Manchester United Tricks”) adlı əlavəni təqdim edir. Bu, mobil telefon üçün “Mançester Yunayted” tərəfindən təqdim olunan ilk rəsmi oyundur.

  Oyunun əsas özəlliklərindən biri applikasiyanın Azərbaycan dilində də mövcud olmasıdır. Qeyd edək ki, “Futbol fəndləri” yalnız ingilis, fransız, ərəb, tay və Azərbaycan dilindədir. Beləliklə, dünyanın istənilən yerindən bu əlavəni yükləyən istifadəçilərə oyunun Azərbaycan dilində versiyası da təklif olunur.   Android və iOS əməliyyat sistemində olan istənilən mobil telefona bu oyunu pulsuz yükləməklə Ryan Qiqqz, Rio Ferdinand və digər məşhur ulduzların iştirakı ilə futbol həyəcanını yaşaya bilərsiniz. Oyunda sensor ekrana intuitiv toxunuşla idarəetmə funksiyası sayəsində 40-dan çox müxtəlif xüsusi futbol hərəkətini yerinə yetirmək mümükündür.  

Əlavənin qrafika və oyun prosesi çox maraqlıdır. Oyunda yüksək xal toplamaqla bir sıra üstünlüklərə nail olmaq mümkündür. Belə ki, müəyyən xal limitini keçdikdən sonra “Mançester Yunayted”in Endi Koul və Brayn Robson kimi əfsanəvi futbolçuları ilə də oynamaq olar.    
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir