Modern.az

Putin həmin hərbçiyə Rusiya Qəhrəmanı adı verdi

Putin həmin hərbçiyə Rusiya Qəhrəmanı adı verdi

Dünya

11 Yanvar 2025, 17:44

Rusiya Prezidenti Vladimir Putin yakutiyalı hərbçi Andrey Qriqoryevə Rusiya Qəhrəmanı adının verilməsi barədə fərman imzalayıb. 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, yanvarın əvvəlində sosial şəbəkələrdə rus və ukraynalı hərbçi arasında əlbəyaxa döyüşü əks etdirən görüntülər yayılıb. Qriqoryev ukraynalı hərbçi ilə əlbəyaxa döyüşə çıxıb. Daha sonra o, ukraynalını bıçaqla öldürüb. 

Görüntülər ölən Ukrayna əsgərinin dəbilqə kamerasına yansıyıb. Videoda Ukrayna hərbçisi rusiyalını indiyə qədər gördüyü ən yaxşı döyüşçü adlandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi