Modern.az

Prezident müxalifət liderlərini görüşə çağırdı

Prezident müxalifət liderlərini görüşə çağırdı

13 Yanvar 2014, 13:36


Türkiyə prezidenti Abdulla Gülün müxalifət partiyalarının liderləri ilə görüşəcəyi gözlənilir. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Türkiyə parlamentində təmsil olunan müxalifət partiyaları ilə olacaq. Görüş üçün artıq müxalifətin aparıcı simaları Çankaya Köşkünə dəvət olunub. A.Gülün CHP sədri Kamal Kılıçdaroğlu, MHP lideri Dövlət Baxçalı ilə görüşəcəyi təxmin edilir. Məlumata görə Türkiyə prezidenti yerli vaxtla 13:30-da K. Kılıçdaroğlu və 15:00-da D. Baxçalı ilə görüşəcək.

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir