st1:*{behavior:url(#ieooui) }
Amerika gözəli yarışmasının qalibi ərəb mənşəli amerikalı oldu. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, final mərhələsi Las-Veqasda keçirilən "Miss Amerka -2010” yarışmasında 24 yaşlı ərəb qızı Rima Fakih qalib gəlib. Miçiqan ştatından olan ərəb qızı 50 namizəd arasında birinci seçilərək Amerkanı dünya gözəllik yarışmasında təmsil etmək hüququ qazanıb. Bundan əlavə, o il ərzində Nyu-Yorkdakı binalarda yaşaya, Nyu-York Kino Akademiyasında pulsuz məşğələlər keçə, bir sıra digər imtiyazlar ala bilər. Gözəllik yarışmasında ikinci yeri Virciniya ştatından Samanta Evelin, üçüncü yeri Kolorada ştatından olan Cesika Xartman tutublar.