Modern.az

Tehranda 18 saatlıq danışıqlar bəhrə verdi

Tehranda 18 saatlıq danışıqlar bəhrə verdi

Təhsil

17 May 2010, 09:28

Türkiyənin İranın nüvə proqramı ilə bağlı problemin həllində vasitəçilik səyləri bəhrə verməkdədir. Modern.az BBC-yə istinadən xəbər verir ki,  rəsmi Tehran Brazilyanın iştirakı ilə Türkiyə və  İran arasında aparılan danışıqlardan sonra  problemin həllində kompromiss əldə olunduğunu bildirir. Türkiyənin xarici işlər nazirli Əhməd Davutoğlu bəyan edib ki, Braziliyanın vasitəçiliyi ilə İran – Türkiyə danışıqlarında  razılaşma əldə olunub. Davutoğlu danışıqların 18 saat davam etdiyini deyib. Onun sözlərinə görə,  razılaşma artıq bu gün elan oluna bilər.

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Tehrandadır. Onun prezident Mahmud Əhmədinejat və dini  lider Ayətullah Xameneyi  ilə görüşləri nəzərdə tutulub. Braziliya prezidenti Lula de Silva isə artıq hər iki İran lideri ilə danışıqlar aparıb. Görüşlərdən sonra Silva bəyan edib ki, kompromis əldə olunması ümidləri artıb.

ABŞ və Avropa ölkələri bəyan edir ki, üçtərəfli danışıqlar İrana sərt sanksiyaların tətbiqinin  qarşısını ala bilər.

 

Ən son məlumata görə, Tehran uranın Türkiyədə zənginləşdirilməsinə razılıq verib. 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi