Modern.az

Balıq tutmağa getdi - Boğulub öldü

Balıq tutmağa getdi - Boğulub öldü

Hadisə

16 Yanvar 2025, 09:12

İmişlidə balıq tutmağa gedən kişi çayda boğulub.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Şəmmədli kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini 58 yaşlı Rizvan Süleymanov çayda balıq tutarkən, ehtiyatsızlıqdan çaya düşərək boğulub.

Onun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?