Modern.az

Leyla Yunus əməliyyat olunub?

Leyla Yunus əməliyyat olunub?

14 Yanvar 2014, 12:09

Tanınmış hüquq müdafiəçisi Leyla Yunus yanvarın 12-də Türkiyənin İstanbul şəhərində yerləşən “Alman Hastanesi”nde cərrahiyyə əməliyyatı olunub. Bu barədə Modern.az-a Leyla Yunusun rəhbəri olduğu  Sülh və Demokratiya İnstitutundan məlumat verilib.
Məlumata görə, uzun müddətdir ki, müalicə olunan Leyla Yunusun əməliyyatı normal keçsə də, əməliyyat zamanı onun sol göz bəbəyi amputasiya edilib və protez göz birləşdirilib.

Həkimlərin sözlərinə görə, hazırda Leyla xanımın vəziyyəti kafidir, reanimasiya şəraitindədir.

Məlumata görə, Leyla Yunus ötən ilin noyabr ayında eyni xəstəxanada prof.dr.Can Şanioğlu tərəfindən əməliyyat olunmuş və xəstəliyinin qismən aradan qaldırılması təmin olunmuşdu. Yanvarın əvvəlində keçirilən növbəti müayinə zamanı Leyla Yunusun yenidən əməliyyat olunması məsləhət görülüb və həyata keçirilib.

Leyla Yunusun  yanvarın 21-də Azərbaycana dönəcəyi bildirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır