Ötən gecə futbol üzrə Türkiyə çempionatında sonuncu turun oyunları keçirilib. Modern.az-ın məlumatına görə, doğma meydanda "Beşiktaş"ı 2:1 hesabı ilə məğlub edən "Bursaspor" tarixində ilk dəfə Türkiyə çempionu adını qazanıb. Lider "Fənərbaxça" sonuncu turda "Trabzonspor"la bərabərə qaldı.
Bununla da "Trabzonspor"dan sonra ikinci Anadolu komandası tarixində ilk dəfə olaraq çempion olub.
Fənərbaxça"nın öz meydanında "Trabzonspor"la 1:1 hesabı ilə heç-heçə qalmasından sonra "Şükrü Saracoğlu" stadionunda xoşagəlməz olay baş verib. Türkiyə mətbuatının məlumatına görə, çempionluğun əldən getməsilə razılaşmayan tərəfdarlar stadionu yandırıb. Olaya müdaxilədən sonra yanğın söndürülüb. Bununla yanaşı, stadionda bıçaqlanma halı da baş verib. Polisin müdaxiləsindən sonra vəziyyət bir qədər sakitləşdirilib.