Modern.az

Küləyin sürəti güclənir - FAKTİKİ HAVA

Küləyin sürəti güclənir - FAKTİKİ HAVA

Aktual

17 Yanvar 2025, 17:44

Yanvarın 17-si saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, yanvarın 17-si saat 17:00-a olan məlumatına əsasən hazırda bəzi yerlərdə qərb küləyi əsir, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Tovuzda 20 m/s, Naftalan, Ceyrançöl, Şəmkir, Gəncədə 18 m/s-dək güclənib.

Şəki, Şamaxı, Qobustanda yağış, Şahdağda isə qar yağır.

Naxçıvan, Şərur, Şahbuz, Culfa, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Zərdabda duman müşahidə olunur, dumanda görünüş 200 metrədək məhdudlaşır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran və dağlıq rayonlarda 5 , Naxçıvan MR-da 3 dərəcəyədək istidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat