Modern.az

Google Translate sisteminə Azərbaycan dili əlavə olunub

Google Translate sisteminə Azərbaycan dili əlavə olunub

17 May 2010, 10:44

Google şirkətinin onlayn-tərcümə sistemi – Google Translate proqramı öz potensialını genişləndirib. Belə ki, buraya daha beş dil əlavə olunub – Azərbaycan, Gürcü, Erməni, Bask və Urdu dili.

Bundan sonra istifadəçilər sözügedən proqram vasitəsilə mətnləri həm Azərbaycan dilindən həm də Azərbaycan dilinə tərcümə edə biləcəklər. 
Cəmi Google Translate sistemində 57 dil təqdim olunub.
Qeyd etmək lazımdır ki, Google öz sistemində Azərbaycan dilinin dəstəklənməsini ALPHA versiyada təqdim edib. Bu isə o deməkdir ki, tərcümə imkanları getdikcə təkmilləşdiriləcək. Hazırda sistem sadə sözləri rahat tərcümə edir, lakin mətnin tərcüməsi hələ işlənilməlidir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir