Modern.az

İlk sovet milyonçusu cəzalandırılacaq

İlk sovet milyonçusu cəzalandırılacaq

14 Yanvar 2014, 16:58

Əmanətlərin sığortalanması agentliyi arbitraj məhkəməsindən müflisləşdiyini etiraf edən “Vitas Bank”ın səhmdarlarının mülki-hüquqi məsuliyyətə cəlb olunmasını xahiş edəcək. Modern.az saytını Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, agentlik hesab edir ki, “Vitas Bank”ın keçmiş səhmdarları, o cümlədən ora daxil olan SSRİ-nin ilk rəsmi milyonçusu Artyom Tarasov kredit təşkilatlarının maraqlarına zərər vuran sövdələşmələr ediblər. Zərərin miqdarı hələ ki açıqlanmır. Agentlik bundan əlavə “Vitas Bank”ın rəhbərliyinə qarşı cinayət işinin qaldırılması ilə bağlı polisə müraciət də edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir