Modern.az

Ukrayna müxalifəti Medvedevi boykot edir

Ukrayna müxalifəti  Medvedevi boykot edir

Təhsil

17 May 2010, 12:53

Ukrayna  millətçiləri Rusiya prezidenti Dmitri Medvedevin Kiyevə bu gün başlayan rəsmi səfərini boykot edir. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, Ukrayna milisi  Prezident Administrasiyası binasının mühafizəsi üzrə gücləndirilmiş iş rejiminə keçib. Prezident aparatında bu tədbiri Medvedevin Kiyevə gəlişi və müxalifətçilərin mümkün etiraz aksiyası ilə izah edirlər. “Azadlıq” və “Ukrayna uğrunda” Ümumukrayna Milli Hərəkatı Medvedevin səfəri gedişində “Yanukoviçin xəyanətkar siyasəti”nə etiraz  aksiyası təşkil edəcəyini bəyan edib.  Kiyev məhkəməsi  müxalifətin mitiniq keçirmək barədə müraciətini rədd edib. Məhkəmə  Rusiya prezidentinin səfəri gedişində insidentlərin baş verməsini istisna etmir.

 

Qeyd edək ki, Medvedev bu gün Kiyevə Rusiya prezidenti kimi ilkə dəfə olaraq səfər  edir. Bir sıra vacib dövlətlərarası müqavilələrin imzalanması gözlənilir. Ukrayna müxalifəti hesab edir ki, bu razılaşmalar ölkənin milli maraqlarına ziyan vura bilər.

Medvedev Kiyevə səfəri  ərəfəsində mətbuata verdiyi açıqlamada ana tərəfdən  Ukrayna ilə bağlı olduğunu deyib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi