Modern.az

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində nöqsanlar aşkar etdi

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində nöqsanlar aşkar etdi

Təhsil

17 May 2010, 13:22

Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Özəl tibb fəaliyyəti ilə məşğul olan bir neçə müəssisədə reydlər keçirilib. Reydlər zamanı bu müəssisələrdə bir sıra qanunsuzluqlar aşkar edilib. Modern.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən xəbər veriblər. Yoxlamalar zamanı tibb müəssisələrinin xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmələri, həmin müəssisələrin laboratoriyalarında müxtəlif növ analizlərdə istifadə olunan reaktivlərin əksəriyyətinin son istifadə müddətinin bitdiyi, istifadə olunan tibbi avadanlıq və cihazların müvafiq standartlara cavab vermələri barədə, habelə onların respublikaya idxalına dair müvafiq sənədin olmaması kimi faktlar aşkarlanıb.

Səhiyyə Nazirliyi bəyan edib ki, tibb müəssisələrində istifadə müddəti bitmiş reaktivlərlə aparılan analizlərin cavablarının dəqiqliyi şübhə doğurur. Bu da öz növbəsində xəstəlik diaqnozunun düzgün qoyulmasına və aparılan müalicənin səmərəsiz olmasına hətta ağır fəsadlara gətirib çıxarmasına səbəb ola bilər. Həmçinin bu analizlərin aparıldığı avadanlıqların və cihazların vaxtlı-vaxtında kalibrlənməsi barədə müvafiq sənədlərin olmaması da həmin müəssisələrin fəaliyyətlərinin ciddi nöqsanlarla aparılmasından xəbər verir.

Həmin klinikaların qeyri-qanuni fəaliyyətləri dayandırılıb, aşkarlanmış reaktivlər müsadirə edilərək inzibati xətalar məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib. Nazirlik bağlanan özəl tibb müəssisələrinin adlarını açıqlamayıb.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi