Modern.az

Paşinyan İlham Əliyevin iştirak etdiyi tədbirə getdi

Paşinyan İlham Əliyevin iştirak etdiyi tədbirə getdi

Aktual

23 Yanvar 2025, 10:14

Ermənistanın Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 23-də İsveçrəyə işgüzar səfər edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Səfər çərçivəsində Baş nazir panel müzakirələrində iştirak edəcək və beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşlər keçirəcək.

Nikol Paşinyanın hazırda Davos Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevlə mümkün görüşü barədə isə hər hansı açıqlama verilməyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?