Modern.az

Pezeşkian Ərdoğana başsağlığı verib

Pezeşkian Ərdoğana başsağlığı verib

Aktual

23 Yanvar 2025, 15:00

İran prezidenti Məsud Pezeşkian Bolu Kartalkaya xizək kurortundakı oteldə baş verən yanğında həyatını itirənlərə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Modern.az xəbər verir ki, Pezeşkinın Ərdoğana başsağlığı mesajında ​​bu ifadələr yer alıb:

"Boluda bir oteldə baş verən və onlarla vətəndaşın və ziyarətçinin ölümünə və yaralanmasına səbəb olan yanğınla bağlı kədər hissi ilə xəbər tutdum. Zati-alilərinə, həyatını itirənlərin ailələrinə, dost və qardaş türk xalqına başsağlığı verirəm. Bu ağrılı hadisədə həyatını itirənlərin ruhuna Allahdan rəhmət, ailələrinə səbr, yaralananlara isə şəfa diləyirəm”.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?