Modern.az

Ərdoğandan səfirlərə “erməni soyqırımı” xəbərdarlığı

Ərdoğandan səfirlərə “erməni soyqırımı” xəbərdarlığı

15 Yanvar 2014, 17:06


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin səfirlərini qondarma “erməni soyqırımı” məsələsində xəbərdar edib. Modern.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük elçilər konfransında  baş nazir 1915-ci ildə ermənilərin “soyqırım”ın yüzilliyini keçirəcəyinə diqqət çəkib. O bildirib ki, erməni diasporaları öz təbliğatlarını işə salacaqlar. “Buna görə də 2015-ci ilə yaxşı hazırlaşmalıyıq. Bizim tarix əsrləri aşan bir tarixdir. Yaxın tarixi unutdurmamaq məcburiyyətindəyik. Yaxın tarixi unutmaq cinayətdir”, - deyə Ərdoğan qeyd edib. 

Aqşin Kərimov  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi