Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq başçısı Dəniz Baykalın yerinə 3 namizəd iddialıdır. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP qrup başkan vəkili Kamal Kılıcdaroğlu sədr postuna namizədliyini rəsmən irəli sürüb. Bu gün CHP-də mətbuat konfransı keçirən Kılıcdaroğlu partiyasının qrup başkan vəkili postundan istefa verdiyini və sədr postuna namizədliyini verdiyini elan edib.
CHP genel mərkəzində keçirdiyi mətbuat konfransında Kılıcdaroğlu qurultaya hazırlıq prosesində 90 illik köklü bir keçmişi olan CHP-nin namizədsiz, əli-qolu bağlı olmasının düşünülən şey olmadığını deyib. “Seçicilərdən aldığım dəstəkdən böyük güc alaraq mayın 22-də keçiriləcək CXP-nin 33-cü qurultayında CHP–nin sədr postuna namizədliyimi irəli sürür və partiyanın qrup başkan vəkili postundan istefa verirəm”,-deyə Kılıcdaroğlu bildirib. O, Dəniz Baykal ilə hər zaman görüşücəyini dilə gətirərək “bizim partiyanın önəmli bir lideridir. Dolayısı il aramızda bir küslülük, narazılq kimi bir şey yoxdur” deyib. Kılıcdaroğlu CHP sədri postuna namizədliyinin Dəniz Baykalla razılaşdırılıb-razılaşdırılmaması məsələsini şərh etməyib. Türkiyə parlamentinin sədri Mehmet Şahin Kılıcdaroğlunun CHP sədri postuna namizədliyini dəstəklədiyini açıqlayıb.
Qeyd edək ki, Kılıcdaroğludan başqa bu posta parlamentin üzvü Xaluk Koç, biznesmen Ümid Oran, akademik Süheyl Batum da var. Yeni sədr seçkisi üzrə səsvermə partiyanın mayın 22-də keçiriləcək qurultayında keçiriləcək.