Modern.az

Kobaxidze İrəvana gəldi - Paşinyan qarşıladı

Kobaxidze İrəvana gəldi - Paşinyan qarşıladı

Aktual

30 Yanvar 2025, 15:23

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana işgüzar səfər edib.

Modern.az xəbər verir ki, Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyətini Ermənistanın baş naziri Nikol Paşinyan qarşılayıb.

Əvvəlcə baş nazir Nikol Paşinyanla İrakli Kobaxidze arasında təkbətək görüş keçiriləcək, daha sonra iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?