Modern.az

Çində uyğur iqtisadçı-dissident həbs olundu

Çində uyğur iqtisadçı-dissident həbs olundu

16 Yanvar 2014, 15:40


Çinin hüquq-mühafizə orqanları bu gün tanınmış uyğur iqtisadçı-dissidenti İlham Toxtini həbs ediblər. Modern. az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, saxlanılanın həyat yoldaşı deyib ki, onunla birgə polislər anasını, mobil telefonlarını və kompüteri də aparıblar. Həbs dissidentin uşaqlarının gözü qarşısında keçirilib ki, bu da onlara ciddi psixoloji təsir edib. İqtisadçıya və onun anasına qarşı rəsmi ittiham irəli sürülməyib. Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi xəbər verib ki, Toxti cinayət törətdiyinə və qanunları pozduğuna görə saxlanılıb. Çinin ali məktəblərindən birində müəllim işləyən 45 yaşlı iqtisadçı əvvəllər də bir neçə dəfə ittiham irəli sürülmədən həbs edilib. Toxti Çində və onun hüdudlarından kənarda Çində azlıq təşkil edən uyğurlara qarşı siyasətin tənqidçisi kimi tanınır. Dissidentin şəxsi saytı “Uighurbiz.net” uyğurların problemlərini işıqlandırır və Pekinin milli və dini azlıqlara qarşı siyasətini tənqid etmək üçün meydan hesab olunur. Toxti həbs olunan kimi həmin saytın işi dayandırılıb.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir