Modern.az

Fəthullah Gülənin 25 radiosu, Türkiyədə 200-dən çox xüsusi məktəbi var

Fəthullah Gülənin 25 radiosu, Türkiyədə 200-dən çox xüsusi məktəbi var

16 Yanvar 2014, 15:55


Təhlükəsizlik və mühakimənin başlatdığı “dostmodern zərbə” Pensilvanyada sığınacaq tapmış Fətullah Gülənin qollarının hara qədər uzandığını ortaya çıxardı. İş adamlarını mühakimə ilə təhdid edən, istintaq fayllarını bağlayan, sponsorluğa məcbur edən, yaxın şirkətlərə asan maliyyə təmin edən “Gülən cammatı” özünü deşifrə etməyə də başladı.

İş dünyası

İş adamı dərnəkləri
Konfederasiyalar
Simpatiya edən qruplar
Əməkdaşlıq edən sənayeçilər

Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, tanınmış din adamı Fəthullah Gülən Camaatına yaxın iş adamları 1993-cü ildə İş Həyatı Həmrəylik Dərnəyi ilə Azad Sənayeçi və İş adamları Dərnəyi çətiri altında təşkilatlanıb. Bu dərnəklər daha sonra qısa adı TUSKON olan Türkiyə Sənayeçiləri Konfederasiyasını quruv. TUSKON-da bu anda yeddi federasiya, 211 üzvü olan iş adamı dərnəyi və Türkiyənin hər yerindən 55 min təşəbbüskarı təmsil edir. Bu adlar xaricində Qoç Qrupu, Əli Sabancı, Turgay Ciner, Məmməd Nazif Günal kimi adların da Camaat ilə əlaqələri olduğu ortaya çıxıb.

Polis

Şöbə müdiri
Təhlükəsizlik komandiri
Məmur

Şöbə müdiri və təhlükəsizlik komandiri kimi quruluşun təhlükəsizlik sistemindəki rütbəli işçiləri aldıqları  vəzifə üzərinə gizli dinləmə və təqib edirlər. Toplanan məlumatlar camaatın mühakimə qoluna köçürülür.

Mühakimə

HSYK
Xüsusi Səlahiyyətli Məhkəmələr
Dövlət şurası
Prokurorluq

Təhlükəsizlikdən əldə edilən məlumatlar sprutun prokuror qoluna köçürülür. Dəlillər araşdırılmadan haqqında qəti günahı olmasa da həmin kəslər sorğuya alınıb həbs olunur

Media

TV
Qəzet
Jurnal

Fətullah Gülənə yaxınlığı ilə bilinən 25 radio var. “Samanyolu” TV, “Zaman” qəzeti, hərəkət və sızıntı jurnalları da camaatın nəşr orqanları sırasındadır. İş adamı Axın İpəyin “Kanaltürk”, “Bu gün” TV və “Bu gün” qəzeti də paralel nəşr edilir.

Təhsil  

Dərshanə
Universitet
Xüsusi məktəb
Şagird yurdu

Türkiyədə və xaricdə minlərlə təhsil təşkilatı olan camaat quruluşlanmasının yeni müridləri bu təşkilatlarda yetişdirilir. Türkiyə daxilində 200-dən çox xüsusi məktəb, minlərlə işıq evi, 460 dərshana və kurs, 500 şagird yurdunun yanında Türkiyədən Kanadaya, Nigeriyadan Sinqapura uzanan 54 ölkədə cəmi 250 xüsusi məktəb, bu ölkələrdə 21 şagird yurdu, 6 universitetə hazırlıq kursu və on minlərlə şagirdi var. Camaata bağlı bu təhsil təşkilatlarında 7 mindən çox müəllim, 500-1500 dollar qarşılığı vəzifə yerinə yetirir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu