Modern.az

Keçmiş nazirlər rüşvət almaqda ittiham olunur?

Keçmiş nazirlər rüşvət almaqda ittiham olunur?

16 Yanvar 2014, 16:13


Türkiyənin dörd keçmiş nazirlə əlaqədar Ədliyyə Nazirliyinə təqdim edilən materiallarda onlara qarşı irəli sürülən ittihamların detalları açıqlanıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, sui-istifadə və rüşvət əməliyyatı çərçivəsində 4 keçmiş nazirlə əlaqədar olaraq prokurorluq tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilən materiallarda keçmiş nazirlər Zəfər Çağlayan, Müammər Gülər, Egemen Bağış və Ərdoğan Bayrakdar ilə əlaqədar ciddi ittihamlar yer alıb.

Keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayan: 28 dəfə cəmi 52 milyon dollar rüşvət almaq. Cinayət törətmək üçün təşkilat qurmaq, saxta sənədlərlə ixracat, “Qaçaqçılıq” qanununa müxalifət. Egemen Bağış ilə telefon danışmasında "Cari açıq düşür, 3 aylığına qızıl ixracatına yönələk" dediyi, Qanadan 2013-cü il yanvarın 1-də təyyarə ilə “təbii daş" elanı edilərək Türkiyəyə 1,5 ton qızıl keçirilmək istəndiyi, bunun 1280 kiloqramının təsbit edildiyi, 250 kiloqramının nə olduğunun bilinmədiyi, saxta sənədlərlə 5 min tonluq gəmi ilə 150 min tonluq ixracat edilməsinin təsdiqləndiyi irəli sürülür. Keçmiş daxili işlər naziri Müammər Gülər: 10 dəfə cəmi 10 milyon dollarlıq rüşvət almaq, cinayət törətmək məqsədi ilə təşkilat qurmaq, nüfuzundan sui-istifadə, günahkarları aradan çıxarmaq. 

Keçmiş Avropa Birliyi naziri Egemen Bağış: 3 dəfə 1,5 milyon dollarlıq rüşvət almaq. Bütün bu ittihamlar üzrə hazırda Ədliyyə Nazirliyində araşdırma aparılır.  

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?