Modern.az

“Azərsu” ASC-də 20 yanvar şəhidlərinin xatirəsi anılıb

“Azərsu” ASC-də 20 yanvar şəhidlərinin xatirəsi anılıb

17 Yanvar 2014, 16:31

“20 yanvar - Ümumxalq hüzn günü” münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində anım mərasimi keçirilib. Əvvəlcə faciə qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, 1990-cı ilin 20 yanvarı ən faciəli günlərdən biri olmaqla yanaşı, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. 24 il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı qoşun birləşmələrinin Bakıya yeridilməsi nəticəsində 137 mülki vətəndaş öldürülmüş, 600-dən çox insan yaralanıb. Həmin illərdə Azərbaycanın  haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin günlərdə də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirib: Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndələyinə gələrək, xarici jurnalistlər qarşısında çıxış edib, imperiya siyasətini, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa  edib. Ümummilli liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məsələsi həllini tapıb, 20 yanvar tarixi - Ümumxalq Hüzn Günü elan edilib. 20 Yanvar faciəsi qurbanlarının  əziz xatirəsini həmişə  uca tutan ümummilli lider onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşıb. Bu humanist siyasət bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Tədbirdə su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Xariz Alimov, İvan Proxorov, Kamil Həzrətquliyev və Təranə İmanovanın yaralandığı xatırlanıb. Tədbirə dəvət olunmuş tarix elmlər doktoru, professor Şikar Qasımov əsrlər  boyu ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasəti tarixi faktlarla  əsaslandırılıb: “Təsadüfi deyil ki, ötən əsrin 80-cı illərinin sonunda SSRİ rəhbərliyi Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasət aparıb. Bu siyasətə etiraz edən xalq kütlələrinin qarşısını almaq üçün imperiya rəhbərlyi qırğın törətmək yolunu tutdu. Amma bu qanlı qırğın Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına olsa da azadlıq və müstəqilliyinə qovuşub”. Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov və 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova  çıxış edərək şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirmişlər. Tədbirdə qeyd olunmuşdur ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı həyata keçirilən qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.  

 

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır