Modern.az

“Mehriban Əliyeva geyimdə qara rəngə üstünlük verir” - Dünyanın ən zövqlü 5 birinci xanımı

“Mehriban Əliyeva geyimdə qara rəngə üstünlük verir” - Dünyanın ən zövqlü 5 birinci xanımı

17 Yanvar 2014, 16:34


“YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Bədii Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyeva həm ziyafət paltarlarında, həm də işgüzar kostyumlarda  gözəl görünür”.

AzərTAc-ən məlumatına görə, bu sözlər “Smart News” internet nəşrində dərc edilmiş “Dünyanın ən yüksək zövqlə geyinən beş birinci xanımı” adlı məqalədən götürülüb. Məqalədə deyilir: “Dəblə geyinən məşhurların siyahılarında Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın adı Hollivud ulduzlarından heç də az çəkilmir. Tənqidçilərin fikrincə, Azərbaycanın birinci xanımının  geyim tərzi həm gözəlliyi, həm də ciddiliyi ilə fərqlənir. Onun obrazlarında vulqarlıq və brendlərin təsiri hiss olunmur. O, qara rəngə və müasir klassikaya, ciddi siluet cizgilərinə üstünlük verir. Rusiyada çıxan populyar “Allure” moda gözəllik jurnalının versiyasına görə 2013-cü ildə Mehriban xanım Əliyeva dünyanın ən yüksək zövqlü birinci xanımlarının siyahısına başçılıq edir”.

“Smart News” nəşrində dərc edilən məqalə müəllifinin fikrincə, dünyanın ən yüksək zövqlü beş birinci xanımının siyahısına, həmçinin ABŞ prezidentinin xanımı Mişel Obama, İordaniya kraliçası Raniyə, Çin Xalq Respublikası sədrinin xanımı Si Tszinpin və Suriyanın birinci xanımı Əsma Əsəd daxildir.


Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi