Modern.az

Ərdoğan Makronla danışıqlar apardı

Ərdoğan Makronla danışıqlar apardı

Dünya

7 Fevral 2025, 21:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, liderlər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Ərdoğan söyləyib ki, iki ölkə arasında dialoqun artırılması münasibətlərə müsbət töhfə verəcək. Onun sözlərinə görə, ölkələr arasında müdafiə sənayesi başda olmaq bir çox sahə üzrə əməkdaşlıq potensialı var.

 

Türkiyə lideri həmçinin qeyd edib ki, Avropa İttifaqının (Aİ) Suriyaya qarşı sanksiyaları aradan qaldırması tamamilə məqsədəuyğun addımdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi