Modern.az

Astarada yol qəzası - Ölən var

Astarada yol qəzası - Ölən var

Hadisə

9 Fevral 2025, 12:03

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, “VAZ” markalı minik avtomobilinin motosikletlə toqquşması nəticəsində ikincinin sürücüsü Nizami Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?