Modern.az

Bakıda Atatürkün heykəli

Bakıda Atatürkün heykəli

Təhsil

18 May 2010, 10:53

Mayın 17-də Bakının Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi açılıb.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak edib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm adamları, ictimaiyyətin nümayəndələri də iştirak ediblər.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan abidənin ətrafında yaradılmış şəraitlə tanış olublar. Onlara məlumat verilib ki, abidənin müəllifi xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. 
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mərasimdə nitq söyləyiblər.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi